Azərbaycanda məktəbli qızı evlənmək məqsədilə oğurlayan 3 nəfər həbs olunub - FOTO

Azərbaycanda məktəbli qızı evlənmək məqsədilə oğurlayan 3 nəfər həbs olunub - FOTO Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
19 Yanvar , 2015 14:05
Azərbaycanda məktəbli qızı evlənmək məqsədilə oğurlayan 3 nəfər həbs olunub - FOTO

Bakı. 19 yanvar. REPORT.AZ/ Ucarda məktəbli qızı oğurlayan 3 nəfər saxlanılıb. "Report"un məlumatına görə, hadisə rayonun Yuxarı Şilyan kəndində baş verib.

Belə ki, kənd sakini 16 yaşlı M.M. məktəbə gedərkən onu həmin kənd sakini Əfsuz Allahverdiyev iki qohumu ilə birlikdə məcburi şəkildə avtomobilə mindirərək naməlum istiqamətə aparıblar. Ə.Allahverdiyevlə birlikdə olan hər iki şəxs onun xalası oğlu olub.

Qızının qaçırıldığını bilən atası Nizami Mikayılov dərhal DİN-in "102" qaynar xəttinə və Ucar Rayon Polis Şöbəsinə məlumat verib.

Ə.Allahverdiyev Ucar və Zərdab Rayon Polis şöbələrinin əməkdaşları tərəfindən Zərdab istiqamətinə gedərkən saxlanılıb. O, 11-ci sinif şagirdini evlənmək məqsədilə qaçırdığını deyib. Ə.Allahverdiyevin sözlərinə görə, onların əvvəldən də qohumluq əlaqəsi olub, valideynləri qıza el adəti ilə elçi gediblər. Lakin qızın atası bu evliliyə razı olmayıb.

Bundan sonra da Əfsuz xalası oğlanları - Ucar rayonunun Yuxarı Şilyan kənd sakini Rusif Dadaşov və onun qardaşı Hüseyn Dadaşovla birlikdə qaçırmaq qərarına gəlib.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 144.2.3 və 144.3-cü maddələri (adam oğurluğu) ilə cinayət işi başlanılıb və Ucar rayon Məhkəməsinin qərarı ilə hər üç şəxsin barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi