Azərbaycanda məktəbdən çıxan şagirdi avtomobil vurub

Azərbaycanda məktəbdən çıxan şagirdi avtomobil vurub O, rayon mərkəzi xəstəxanasına çatdırılıb
Hadisə
18 Sentyabr , 2015 18:11
Azərbaycanda məktəbdən çıxan şagirdi avtomobil vurub

Bakı. 18 sentyabr. REPORT. AZ / İmişli rayonunda 7 yaşlı məktəblini avtomobil vurub. "Report" xəbər verir ki, hadisə bu gün rayonun Qaralar kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 2008-ci il təvəllüdlü Qanı Etibar oğlu Qasımov məktəbdən evə gedərkən yolda onu avtomobil vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Qanı Qasımov sürücü və müəllimlərin köməyi ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Uşağa ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi