Şagirdin bıçaqlanması ilə bağlı - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Şagirdin bıçaqlanması ilə bağlı - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB Qazax Rayon Təhsil Şöbəsi məktəbdə baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb.
Hadisə
6 Fevral , 2020 15:16
Şagirdin bıçaqlanması ilə bağlı - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

Qazax Rayon Təhsil Şöbəsi məktəbdə baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb.

Şöbədən "Report"a bildirilib ki, tənəffüs zamanı Qazax şəhəri 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Məhəmməd Qasımov aralarında yaşanan mübahisə zəminində X sinif şagirdi Nihat Əliyevə bıçaqla xəsarət yetirib. 

Nihat Əliyev dərhal Qazax Rayon Diaqnostika Mərkəzinə aparılıb. Yüngül sıyrılmış yaralar alan məktəblinin vəziyyəti yaxşı qiymətləndirilir.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


***13:39

Qazaxda orta məktəbdə bıçaqlanma hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

“Report”un xəbərinə görə, hadisə şəhər saatlarında rayonun 1 saylı orta məktəbində baş verib.

Belə ki, məktəbin 9-cu sinif şagirdi M.Qasımov dərs vaxtı 10-cu sinif şagirdi, 2004-cü il təvəllüdlü N.Əliyevi mübahisə zəminində bıçaqlayıb.

Daha sonra yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qazax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisəni törədən M.Qasımov müəyyən edilib.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi