Məktəb direktoruna özünə ad günü keçirdiyinə görə şiddətli töhmət verilib

Məktəb direktoruna özünə ad günü keçirdiyinə görə şiddətli töhmət verilib Sosial şəbəkələrdə 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovanın karantin qaydalarını pozaraq özünə ad günü məclisi təşkil etməsi ilə bağlı görüntülər yayılıb.
Hadisə
3283
22 Dekabr , 2020 20:12
Məktəb direktoruna özünə ad günü keçirdiyinə görə şiddətli töhmət verilib
Nailə Məmmədova

Sosial şəbəkələrdə 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovanın karantin qaydalarını pozaraq özünə ad günü məclisi təşkil etməsi ilə bağlı görüntülər yayılıb.

Bakı Şəhər Təhsil İdarəsindən "Report"a verilən məlumata görə, Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbilə intizam məsuliyyətinə cəlb edilib və ona təhsil nazirinin əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Son xəbərlər

Orphus sistemi