Meksikanın Durango ştatında cinayətkarlar tərəfindən təşkil edilən pusquda iki polis məmuru öldürülüb, 4-ü yaralanıb.
"Report" RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ştatın qubernatoru Xose Rosas Aispura deyib.
Aispuro sosial şəbəkələrin birində yayımlanan efirdə "2 nəfər ağır yaralanmışdı və təəssüflər olsun ki, dünyasını dəyişdilər. Daha 4 nəfər yaralanıb, digər 5 nəfərdə isə hər şey qaydasındadır.
Bildirilir ki, hücum səhər saatlarında Mesquital bələdiyyəsinə gedən yolda təşkil edilib. Yaralılar xəstəxanaya aparılaraq yardım alıblar, quldurlar arasında heç bir məhbus yoxdur.