Bakı. 27 fevral. REPORT.AZ/ Meksikada Tixuana şəhərində yerləşən kazinoda güclü partlayış baş verib.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Televisa" kanalı məlumat yayıb.
İlkin məlumatlara görə, partlayışa qazın sızması və qaynaq işləri zamanı alovlanması səbəb olub. Kazinodan və ətraf binalardan 600-ə yaxın insan təxliyyə edilib.
Hadisə nəticəsində bir işçi ciddi yanıq xəsarəti alıb, onun vəziyyəti ağırdır.