​Meksikada 11 nəfərin qətlinin səbəbləri məlum olub

​Meksikada 11 nəfərin qətlinin səbəbləri məlum olub Beş qadın, dörd kişi və iki uşağın qətli araşdırılır
Hadisə
10 İyun , 2016 23:03
​Meksikada 11 nəfərin qətlinin səbəbləri məlum olub

Bakı. 10 iyun. REPORT.AZ/ Meksikanın Puebla ştatında 11 nəfərin öldürülməsi ailələrin müxtəlif dini cərəyanlara məxsus olması ilə əlaqədardır. "Report" "El Universal" qəzetinə istinadən xəbər verir ki, hüquq mühafizə orqanları bu variantı əsas səbəb hesab edirlər.

 Qeyd edək ki, dəhşətli qətl hadisəsi bu gün baş verib. Hadisə nəticəsində beş qadın, dörd kişi və iki uşaq öldürülüb.

Daha 3 uşaq, o cümlədən 4 yaşlı 2 qız müxtəlif xəsarət alıblar. 

Hazırda yaralıların hamısına tibbi yardım göstərilir.  

Son xəbərlər

Orphus sistemi