Yuxarı
    Bağlamaq

    Mehman Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib

    Hakim Ceyhun Qədimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub

    Bakı. 3 mart. REPORT.AZ/ Bu gün Suraxanı Rayon Məhkəməsində Nəsimi Rayon Polis İdarəsinin (RPİ) rəisi Musa Musayevin bloger Mehman Hüseynovun barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmə iclası davam etdirilib.

    "Report"un xəbərinə görə, hakim Ceyhun Qədimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

    Qərara əsasən, M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

    Xatırladaq ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, blogerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi