Yuxarı

Mehman Əliyevin apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb

Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas avqustun 30-na təyin edilib

Bakı. 28 avqust. REPORT.AZ/ “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin barəsində seçilən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

Bu barədə "Report"a vəkil Fuad Ağayev məlumat verib.

Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas avqustun 30-na təyin edilib.

Qeyd edək ki, M.Əliyev avqustun 25-də Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə çağırılıb. Ona qarşı Cinayət Məcəlləsinin (CM) 213.1-ci (vergidən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittihamlar irəli sürülüb, barəsində cinayət işi başlanıb.

Avqustun 26-da isə M.Əliyevin barəsində CM-nin 192.2-ci (qanunsuz sahibkarlıq, eyni əməllər) maddəsi ilə ittiham irəli sürülüb.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə M.Əliyevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi