Məhkumların ictimai iş görəcəyi yerlərin siyahısı və bu şəxslərin sayının müəyyən ediləcəyi müddət məlum olub

Məhkumların ictimai iş görəcəyi yerlərin siyahısı və bu şəxslərin sayının müəyyən ediləcəyi müddət məlum olub Yerli icra orqanları bu barədə məlumatları növbəti ay başlayanadək Ədliyyə Nazirliyinə göndərəcək
Hadisə
2 Fevral , 2018 00:29
Məhkumların ictimai iş görəcəyi yerlərin siyahısı və bu şəxslərin sayının müəyyən ediləcəyi müddət məlum olub

Bakı. 2 fevral. REPORT.AZ/ Nazirlər Kabinetinin “İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edilib.

“Report” xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişikliyə görə, yerli icra hakimiyyəti orqanları ictimai işlərin həyata keçiriləcəyi yerlərin siyahısı və həmin işlərin həyata keçirilməsi üçün zəruri olan şəxslərin sayı barədə məlumatı növbəti ay başlayanadək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərəcək.

Son xəbərlər

Orphus sistemi