Məhkumlara işgəncə verildiyi deyilən cəzaçəkmə müəssisəsində araşdırma aparılıb

Məhkumlara işgəncə verildiyi deyilən cəzaçəkmə müəssisəsində araşdırma aparılıb Araşdırmanın nəticələri ilə bağlı məlumatlar Müvəkkil tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə göndərilib
Hadisə
16 Yanvar , 2015 11:40
Məhkumlara işgəncə verildiyi deyilən cəzaçəkmə müəssisəsində araşdırma aparılıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələr əleyhinə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində araşdırma aparıblar. Araşdırmada MPQ-nin həkim üzvü də iştirak edib.

Bu barədə “Report”a Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib.

Araşdırmanın məqsədi Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə müəssisəsindən bu müəssisəyə köçürülmüş məhkumların yaxınlarının Ombudsmana müraciətinin araşdırılması olub.

İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin Cərimə palatalarında saxlanılan, barələrində Müvəkkilə müraciət olunmuş 11 məhkumun hər biri təklikdə qəbul edilib, onlarla söhbət aparılıb və sənədləri öyrənilib.

Söhbət zamanı, bu məhkumlar İxtisaslaşdırılmış Müalicə Müəssisəsində zorakılığa məruz qalmadıqlarını bildiriblər.

Araşdırma zamanı, o da məlum olub ki, həmin məhkumlar müayinə üçün bu müəssisəyə gətirili və yaxın günlərdə müayinənin nəticələri məlum olduqdan sonra cəza çəkdikləri müəssisəyə qaytarılacaqlar.

MPQ üzvləri 26 dekabr 2014-cü il tarixdə 14 saylı CÇM-də həyata keçirilmiş tədbir zamanı məhkumlara tətbiq edilən xüsusi vasitə və onların sağlamlığı ilə bağlı tərtib edilmiş sənədlərlə tanış olub, surətini götürüblər.

Sonda görüşün nəticələri müəssisə rəisi ilə müzakirə edilib və şəraitlə bağlı bəzi tövsiyələr verilib.

Araşdırmanın nəticələri ilə bağlı məlumatlar Müvəkkil tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə göndərilib.

Qeyd edək ki, 22 dekabr 2014-cü il tarixində 14 saylı CÇM-də baş vermiş hadisələrlə bağlı hazırda Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi