Yuxarı

Məhkəmənin barəsində müsbət qərar verdiyi müəllim vəzifəsinə qaytarılmayıb

Məhkəmənin barəsində müsbət qərar verdiyi müəllim vəzifəsinə qaytarılmayıb
Orta məktəb kassasiya şikayəti verib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Məhkəmə müsbət qərar versə də, vətəndaş Cavan Yunusov Oğuz rayonu, Calud kənd orta məktəbindəki müəllim vəzifəsinə bərpa olunmayıb.

Bu barədə “Report”a C.Yunusov özü məlumat verib.

O bildirib ki, orta məktəb Şəki Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib.

Ali Məhkəmə əvvəlki instansiya məhkəməsinin qərarını ləğv edərək işi Şəki Apellyasiya Məhkəməsinə qaytarıb. Həmin məhkəmədə proses noyabrın 8-ə təyin edilib.

Qeyd edək ki, Calud kənd orta məktəbindəki müəllim vəzifəsindən çıxarılan Cavan Yunusov işə bərpa edilmək üçün Oğuz Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə araşdırması nəticəsində onun əsassız olaraq işdən çıxarıldığı məlum olub. Nəticədə məhkəmə C.Yunusovun iddiasını təmin edib. Calud kənd orta məktəbi qərarla razılaşmayaraq Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib. Lakin Şəki Apellyasiya Məhkəməsi də müəllimi haqlı çıxararaq qərarı qüvvədə saxlamışdı.

C.Yunusovun 49 yaşı var, o, ixtisasca riyaziyyatçıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi