Məhkəmədə yalan ifadə verən üç şirkət rəhbərinə cinayət işi açılacaq

Məhkəmədə yalan ifadə verən üç şirkət rəhbərinə cinayət işi açılacaq ​Yarım milyon dollarlıq dələduzluq etməkdə təqsirləndirilən şəxsin məhkəmə istintaqı başa çatıb
Hadisə
30 Noyabr , 2015 15:38
Məhkəmədə yalan ifadə verən üç şirkət rəhbərinə cinayət işi açılacaq

Bakı. 30 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1984-cü il təvəllüdlü Araz Eyvazovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə Dövlət Sərhəd Xidmətindən (DSX) göndərilən sorğu elan edilib.

DSX-dən bildirilib ki, "Sərhəng C” MMC-nin direktoru Əfqan Əliyev, “Raket Servis” MMC-nin direktoru Rauf Quliyev, “Elvin C” şirkətinin direktoru və təsisçisi Afəddin Həşimov 2012-2014-cü illərdə ölkə sərhədini keçməyib.

Hakim Azad Məcidov hər üç MMC rəhbərinin məhkəmədə yalan ifadə verdikləri üçün bununla bağlı Baş Prokurorluğa müraciət edəcəklərini deyib. Onlar barəsində cinayət işi başlanacağı gözlənilir.

Hakim bildirib ki, şahid qismində tanınan Vüsal Cəfərov barəsində məcburi gətirilmə ilə bağlı Daxili İşlər Nazirliyinin İstintaq İdarəsində cinayət işi başlanılıb.

Təqsirləndirilən A.Eyvazovun vəkili məhkəmədə vəsatət qaldırıb. Onun səhhətində ciddi problemlərin olduğu üçün məhkəmədən A.Eyvazov barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəyib. Vəsatət təmin olunmayıb.

Hakimlər məhkəmə istintaqının başa çatdığını elan ediblər. Söz çıxış üçün dövlət ittihamçısına verilib. Prokuror çıxış üçün vaxt istəyib.

Məhkəmənin növbəti prosesi dekabrın 9-na təyin edilib.

Xatırladaq ki, "Şərur-İnşaat" şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundov A.Eyvazova 2 milyon 770 min dollar nağd pul verdiyini bildirib. Orxan Rəsulov Şərur rayonunun keçmiş icra başçısı Rəfael Rəsulovun oğlu, Tağı Nağıyev isə Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğludur.

Hadisə 2012-ci ildə baş verib. Məsələ ilə bağlı bir il ibtidai istintaq aparılıb. İş bir dəfə məhkəmədən geri göndərilib.

A.Eyvazov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham olunur. 

Son xəbərlər

Orphus sistemi