Məhkəmədə məğlub olan şəxs qarşı tərəfin vəkilinə 6 bıçaq zərbəsi vurub

Məhkəmədə məğlub olan şəxs qarşı tərəfin vəkilinə 6 bıçaq zərbəsi vurub Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır
Hadisə
25 Avqust , 2015 16:55
Məhkəmədə məğlub olan şəxs qarşı tərəfin vəkilinə 6 bıçaq zərbəsi vurub

Bakı. 25 avqust. REPORT.AZ/ Məhkəmədə məğlub olan şəxs qarşı tərəfin vəkilinə 6 bıçaq zərbəsi vurub. "Report"un xəbərinə görə, hadisə Gəncədə, Nizami rayon Məhkəməsində baş tutan ər-arvad boşanması məhkəmə prosesindən sonra baş verib. Belə ki, ər-arvadın boşanma məhkəmə prosesi zamanı vəkil Xatirə Cəbrayıl qadın tərəfi müdafiə edib və məhkəmə onların lehinə qərar verib. Məhkəmə bitdikdən sonra hər iki tərəf Gəncə Hüquq Məsləhətxanasında vəkil Xatirə Cəbrayılın iştirakı ilə görüşüblər. Qarşı tərəf vəkilə alimentin çox kəsildiyini bildirib, həmin vaxt mübahisə yaranıb. 

Məhkəmədə məğlub olan şəxs vəkilə bədəninin müxtəlif nahiyələrinə 6 bıçaq zərbəsi endirib. Zərərçəkmiş təcili olaraq Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Əməliyyat olunan xəstənin vəziyyəti hazırda orta-ağır qiymətləndirilir. 

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi