Bakı. 6 avqust. REPORT.AZ/ Nəsimi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Aynurə Şahnəzər qızı Aslanovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Report”un məlumatına görə, sonuncu prosesdə hökm oxunub.
Məhkəmə A.Aslanova barəsidə bəraət hökmü çıxarıb. O, məhkəmə zalından azadlığa buraxlıb.
Qeyd edək ki, A.Aslanova vətəndaş Ziyadə Yusif qızı Paşayevaya qarşı xuliqanlıq etməkdə təqsirli bilinib. O, Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham olunub.
Hökmdən narazı qalan zərərçəkmiş şəxs Z.Paşayeva apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. O, A.Aslanovanın cəzalanmasını istəyir.