​Məhkəmə tanışını yumruqla vuran şəxs barəsində hökmü ləğv edib

​Məhkəmə tanışını yumruqla vuran şəxs barəsində hökmü ləğv edib İş birinci instansiya məhkəməsinin hazırlıq iclası mərhələsinə qaytarılıb
Hadisə
13 İyul , 2016 11:54
​Məhkəmə tanışını yumruqla vuran şəxs barəsində hökmü ləğv edib

Bakı. 13 iyul. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Emin Oleq oğlu Fəhrədovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

Bu barədə "Report"a vəkil Adəm Məmmədov məlumat verib.

A.Məmmədov bildirib ki, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin tərcümə hüquqlarının pozulmasının aradan qaldırılması üçün vəsatətlə çıxış edib. Məhkəmə vəsatəti təmin edib.

Qərara əsasən, hökm və hazırlıq iclasının qərarı ləğv edilib və iş birinci instansiya məhkəməsinin hazırlıq iclası mərhələsinə qaytarılıb.

Qeyd edək ki, ittiham aktına əsasən, E.Fəhrədov mübahisə zəminində tanışı Roman Xəlilovu yumruqla vurub. O, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. E.Fəhrədovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsində nəzərdə tutulan ittiham elan edilərək məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

2015-ci il sentyabr ayının 30-da E.Fəhrədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumun müdafiəçisi apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi