Məhkəmə tanışına qarşı borc müqaviləsinin etibarsızlığı tələbinə dair iddianı təmin edib

Məhkəmə tanışına qarşı borc müqaviləsinin etibarsızlığı tələbinə dair iddianı təmin edib “Tanışım Dilbər Rzayeva həmin borcu geri qaytarmadı”
Hadisə
24 Noyabr , 2016 17:44
Məhkəmə tanışına qarşı borc müqaviləsinin etibarsızlığı tələbinə dair iddianı təmin edib

Bakı. 24 noyabr. REPORT.AZ/ Nizami Rayon Məhkəməsində Dilbər Rzayevanın Gülnarə Abbasovaya qarşı borc müqaviləsinin etibarsızlığı tələbinə dair iddiası üzrə mülki işə baxılıb.

“Report”un məlumatına görə, hakim Fikrət Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, D.Rzayevanın iddiası təmin edilib.

Cavabdeh G.Abbasova “Report”a bildirib ki, 2015-ci ildə tanışı D.Rzayeva sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə əlaqədar ondan 41 min manat borc pul istəyib: “Həmin pul məbləğində borc verdim. Biz rəsmi qaydada və qanuna müvafiq olaraq, borc müqaviləsi əsasında pulun verilməsinə dair razılığa gəldik. Dilbər Rzayeva arasında Bakı şəhəri 22 saylı Notariat Kontorunda kredit müqaviləsi bağlandı və notarius tərəfindən təsdiqləndi. Müqaviləyə əsasən, o, mənə borcun bir hissəsini - 16 min manatı 29.02.2016-cı il tarixində və qalan 25 min manatı isə bu ilin dekabr ayının 22-də qaytarmasını öz öhdəliyinə götürdü. Lakin tanışım Dilbər Rzayeva həmin borcu geri qaytarmadı. Həmçinin o, mənə borcun geri qaytarmasından imtina etdiyini bildirdi”.

Onun sözlərinə görə, Notariat Kontoru tərəfindən müqavilənin məcburi icrası üçün icra qeydi tərtib edilib: “Daha sonra icra olunması üçün Yasamal Rayon İcra Şöbəsinə göndərildi. Buna baxmayaraq, Dilbər Rzayeva icra məmurlarının çağırışlarına məhəl qoymadı və icradan yayındı. Məcburi icra tədbirləri tətbiq olunduqda isə o, borc öhdəliklərindən yayınmaq üçün iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət etdi. Dilbər Rzayeva məhkəməyə müraciət edərək kredit müqaviləsinin etibarsız hesab olunmasını və həmin kreit müqaviləsi əsasında verilən icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını istəyib. Məhkəmə 22 saylı Notariat Kontorunda bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsini qət edib. Belə ki, borclu Dilbər Rzayeva tərəfindən öz tanışları sıralarından iki şahidin ifadələrinə əsaslanaraq iddia təmin olunub. Həmin qətnamədən müdafiəçim İlqar Əliyevlə birgə apellyasiya şikayəti verməyə hazırlaşırıq”.

Son xəbərlər

Orphus sistemi