Məhkəmə soyğunçuluqda təqsirləndirilən şəxsə bəraət verib

Məhkəmə soyğunçuluqda təqsirləndirilən şəxsə bəraət verib Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
4 May , 2017 18:23
Məhkəmə soyğunçuluqda təqsirləndirilən şəxsə bəraət verib
Courtesy İmage

Bakı. 3 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yanacaqdoldurma məntəqəsindən soyğunçuluqda, xuliqanlıqda və soyuq silah gəzdirməkdə təqsirləndirilən Fərhad Hacıyev, Şükür Hüseynov və Söhbət Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Hacıyev 6 il, Ş.Hüseynov isə 4 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən S.Abdullayevin barəsində isə bəraət hökmü çıxarılıb. Hökmə əsasən onun barəsində verilən ittihamlar məhkəmə istintaqı zamanı sübuta yetirilməyib.

Qeyd edək ki, ittiham aktına əsasən hər 3 şəxs Qaradağ rayonu Xocasən qəsəbəsində olan “GE Petrol”a daxil olaraq 30 manatlıq benzini soyğunçuluq yolu ilə ələ keçirməkdə təqsirli biliniblər.

Son xəbərlər

Orphus sistemi