Məhkəmə saxta pul əldə etməkdə təqsirləndirilən ana və övladına şərti cəza verib

Məhkəmə saxta pul əldə etməkdə təqsirləndirilən ana və övladına şərti cəza verib Bakı. 26 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul əskinaslarını əldə etmə və satmada təqsirləndirilən Məhbubə Həsənova və onun anası Sədaqət Həsənovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
26 Dekabr , 2017 10:58
Məhkəmə saxta pul əldə etməkdə təqsirləndirilən ana və övladına şərti cəza verib
Report

Bakı. 26 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul əskinaslarını əldə etmə və satmada təqsirləndirilən Məhbubə Həsənova və onun anası Sədaqət Həsənovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki qadın 7 il müddətinə azadlıqdan məhrum edilib. Onlara Cinayət Məclləsinin 70-ci (şərti) maddsi tətbiq olunaraq, şərti cəza verilib.

İttihama görə, M.Həsənova tamah niyyəti ilə saxta pul əskinaslarını əldə etmə və satma ilə bağlı qızı S.Həsənova və onun yaxın münasibətdə olduğu Türkiyə vətəndaşı Cahid Akcanla cinayət əlaqəsinə girib. Aralarındakı razılığa əsasən, Cahid Akcan Bakı-İstanbul avtobusu ilə saxta 14 min avronu S.Həsənovaya göndərib. S.Həsənova bu "pullar”ı yaşadığı Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 89, mənzil 76-da gizlədib. Ötən ilin dekabr ayının 28-də saxta pulları satmaq üçün "müştəri” də tapıblar. Lakin ana-bala elə iş başındaca yaxalanıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 204.2-cü (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb və barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.

Son xəbərlər

Orphus sistemi