Məhkəmə şair Saday Şəkərlinin ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyib

Məhkəmə şair Saday Şəkərlinin ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyib İş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir
Hadisə
29 Yanvar , 2016 12:27
Məhkəmə şair Saday Şəkərlinin ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyib

Bakı. 29 yanvar. REPORT.AZ/ Bu gün Binəqədi Rayon Məhkəməsində həbsdə olan şair Saday Şəkərov (Saday Şəkərli) barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə məhkəmə keçirilib.

“Report”un məlumatına görə, hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə vəsatət təmin olunmayıb.  

Qeyd edək ki, 2015-ci il dekabr ayının 24-də Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhər sakini Saday Şəkərovun külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasına şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.

S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Hazırdaiş iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi