Məhkəmə Sabunçu Rayon İcra Hakimiyyətinin qərarını ləğv edib

Məhkəmə Sabunçu Rayon İcra Hakimiyyətinin qərarını ləğv edib İddia qismən təmin olunub
Hadisə
20 İyun , 2017 16:29
Məhkəmə Sabunçu Rayon İcra Hakimiyyətinin qərarını ləğv edib

Bakı. 20 iyun. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “Xidmət” fərdi müəssisəsinin Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı iddiası üzrə məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

“Report”un məlumatına görə, hakim Sərvət Hüseynovun sədrliyi ilə keçirilən posesdə qərar elan olunub.

Qıərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qərar ləğv edilib, iddia qismən təmin olunub.

Qeyd edək ki, “Xidmət” fərdi müəssisəsi Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətini məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən müəssisə iddiaçının hüquqlarının həyata keçirilməsinə edilən müdaxilələr və fəaliyyətinin məhdudlaşdırılmasına yönələn hərəkətlərin qanunsuz sayılması və onların qadağan edilməsi və s. barədə tələb irəli sürüb.

Məhkəmə iddianı təmin etməyib. Qərardan narazı qalan “Xidmət” fərdi müəssisəsi apellyasiya şikayəti verib. 

Son xəbərlər

Orphus sistemi