Məhkəmə sabiq prokurora bəraət verib

Məhkəmə sabiq prokurora bəraət verib Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
11 Oktyabr , 2017 10:51
Məhkəmə sabiq prokurora bəraət verib

Bakı. 11 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Fəxrəddin Alıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə F.Alıyevin vəkili Ceyhun Yusifov müdafiə çıxışı edib. O, müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Daha sonra hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Alıyevə bəraət verilib.

Qeyd edək ki, dələduzluqda təqsirləndirilən F.Alıyev Baş Prokurorluğunda idarə prokuroru vəzifəsində çalışıb. İttiham üzrə verilən cinayət əməlini də məhz vəzifədə olarkən törədib.

Sabiq prokuror F.Alıyev barəsində cinayət işinin başlanmasına əsas və səbəb İsmayıllı rayonu Cülyan kənd sakini Hənifə Hüseynovanın Baş Prokuroluğa müraciət etməsi olub.

H.Hüseynova müraciətində mərhum oğlu Valeh Hüseynovun barəsində bir neçə il əvvəl istintaq edilmiş cinayət işinə bəraət verici əsaslarla xitam verilməsi üçün sabiq prokurorluq əməkdaşı F.Alıyev və Gəray Orucova pul verdiyini deyib. H.Hüseynovanın şikayətinə görə F.Alıyev oğlu V.Hüseynovdan istintaq orqanlarına vermək adı ilə 51 min manat, məhkəməyə verilməsi adı ilə 10 min manat və zərərçəkmişə verilməsi adı ilə 5 min manat pul alıb.

H.Hüseynovanın bu şikayəti Baş Prokurorluqda araşdırılıb və prokuror barəsində cinayət işi açılıb.

Bu iş üzrə zərərçəkmiş şəxs V.Hüseynov vəfat etdiyi üçün hüquqi varisi olaraq onun xanımı Kəmalə Hüseynova tanınınb. K.Hüseynova ifadəsində bildirib ki, əri V.Hüseynov 2007-2014-cü illərdə İsmayıllı rayon İcra Hakimiyyətində Hüquq məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib.

Sabiq prokrur F.Alıyev isə ona qarşı irəli sürülən ittihamla özünü qətiyyən təqsirli bilməyib.

Xayırladaq ki, F.Alıyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda olduqda) maddəsi ilə təqsirli bilinib, onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Son xəbərlər

Orphus sistemi