Yuxarı
    Bağlamaq

    Məhkəmə polis rəisinin keçmiş müavininə bəraət verib

    Hakim Nazim Mövsümovun sədliyi ilə keçirilən prosesdə qərar elan olunub

    Bakı. 15 mart. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirlən polis rəisinin keçmiş müavini Nazim Hüseynovun apellyasiya şikayətinə baxılıb.

    Bu barədə "Report"a vəkil Adəm Məmmədov məlumat verib.

    Onun sözlərinə görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, məhkəmə N.Hüseynov barəsində bəraət hökmü çıxarıb.

    Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq polis mayoru (Bakı şəhərində olan Polis Bölmələrindən birinin sabiq rəis müavini) N.Hüseynov 8 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi