Məhkəmə sabiq nazir müavininin qohumunu məhkəmə zalından azadlığa buraxıb

Məhkəmə sabiq nazir müavininin qohumunu məhkəmə zalından azadlığa buraxıb Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib
Hadisə
7 Aprel , 2017 11:56
Məhkəmə sabiq nazir müavininin qohumunu məhkəmə zalından azadlığa buraxıb

Bakı. 7 aprel. REPORT.AZ/ Səbail Rayon Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı verilən vəsatətə baxılıb.

"Report"un məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, vəsatət təmin edilib, E.Hüseynovun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. O, məhkəmə zalından azadığa buraxılıb.

Qeyd edək ki, E.Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehtiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar və Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanılıb. Cinayət matreallarına əsasən, E.Hüseynov guya Gürcüstan Respublikasından izolyasiya və digər matreallar gətirmək adı ilə həmin vətəndaşları aldıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, E.Hüseynov sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur. 

Son xəbərlər

Orphus sistemi