Məhkəmə qətldə təqsirləndirilən şəxsin apellyasiya şikayətini təmin etməyib

Məhkəmə qətldə təqsirləndirilən şəxsin apellyasiya şikayətini təmin etməyib Hökm qüvvədə saxlanılıb
Hadisə
24 Noyabr , 2016 17:41
Məhkəmə qətldə təqsirləndirilən şəxsin apellyasiya şikayətini təmin etməyib

Bakı. 24 noyabr. REPORT.AZ/ Bu gün Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Rəsul Fazilovun barəsində olan hökmdən zərərçəkmiş şəxsin hüquqi nümayəndəsi tərəfindən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bu barədə "Report"a vəkil Fariz Namazlı məlumat verib.

Vəkilin sözlərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Bakı Hərbi Məhkəmənin çıxardığı hökm qüvvədə saxlanılıb, təqsirləndirilən şəxsin və zərərçəkmişin hüquqi varisinin apellyasiya şikayətləri təmin edilməyib.

Qeyd edək ki, R.Fazilov hərbi xidmətdə olarkən posta girən bir nəfəri güllələməkdə təqsirli bilinib. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan ölən şəxsin hüquqi nümayəndəsi apellyasiya şikayəti verərək cəzanın ağırlaşdırılmasını istəyib. R.Fazilov isə cəzasının yüngülləşdirilməsini tələn edib.

Son xəbərlər

Orphus sistemi