Yuxarı
    Bağlamaq

    Məhkəmə qanunsuz olaraq silah gəzdirməkdə təqsirləndirilən şəxsə bəraət hökmü çıxarıb

    Birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib

    Bakı. 14 mart. REPORT.AZ/ Bu gün Gəncə Apellyasiya Məhkəməsində qanunsuz olaraq silah gəzdirməkdə təqsirləndirilən Orxan Zeynalovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

    Bu barədə "Report"a onun vəkili İlqar Əliyev məlumat verib.

    Onun sözlərinə görə, apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib. Məhkəmə O.Zeynalov barəsində bəraət hökmü çıxarıb.

    Qeyd edək ki, O.Zeynalov Cinayət Məcəlləsinin 228.4-cü (qanunsuz olaraq qaz silah, soyuq silah gəzdirmə halları istisna olmaqla) maddəsi ilə ittiham olunub.

    2015-ci ilin oktyabr ayının 7-də Qazax Rayon Məhkəməsi ona 6 ay islah işi verilmasi barədə hökm çıxarıb. Hökmdən narazı qalan O.Zeynalov apellyasiya şikayəti verib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi