Məhkəmə qadına qarşı soyğunçuluq edən şəxsin şikayətinə baxıb

Məhkəmə qadına qarşı soyğunçuluq edən şəxsin şikayətinə baxıb Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
9 Noyabr , 2016 12:06
Məhkəmə qadına qarşı soyğunçuluq edən şəxsin şikayətinə baxıb

Bakı. 9 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qadına qarşı soyğunçuluq etməkdə təqsirləndirilən Azad Camalov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi baş çatıb.

"Report”un məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, hadisə bu il martın 25-də baş verib. Bakı şəhər sakini Ramidə Məmmədovanın 70 manatı və sənədləri soyğunçuluq yolu ilə alınıb. Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki rayon sakini, əvvəllər məhkum olunmuş Azad Camalov tutulub. O, Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Camalov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi