Məhkəmə proseslərinin keçirilməsi ilə bağlı məhdudiyyət aradan qalxır

Məhkəmə proseslərinin keçirilməsi ilə bağlı məhdudiyyət aradan qalxır Bu gündən Azərbaycan məhkəmələrində təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər istisna olunmaqla digər proseslərin keçirilməsinin məhdudlaşdırılması müddəti başa çatır. “Report” xəbər verir ki, məhdud
Hadisə
25 Yanvar , 2021 00:00
Məhkəmə proseslərinin keçirilməsi ilə bağlı məhdudiyyət aradan qalxır
0 : 00
0 : 00

Bu gündən Azərbaycan məhkəmələrində təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər istisna olunmaqla digər proseslərin keçirilməsinin məhdudlaşdırılması müddəti başa çatır.
“Report” xəbər verir ki, məhdudiyyət sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar koronavirus (COVID-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə Ali Məhkəmə tərəfindən tövsiyə edilmişdi.
Təxirəsalınma üçün yanvarın 25-ədək müəyyənləşdirilən müddət bitdiyi üçün bütün növ məhkəmə işlərinə baxış iclasları bərpa edilir.

Son xəbərlər

Orphus sistemi