Yuxarı
    Bağlamaq

    ​Məhkəmə prokurorun apellyasiya protestinin icraatının dayandırılması barədə qərar çıxarıb

    Hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub

    Bakı. 5 iyun. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri saxlamaqda təqsirləndirilən Anar Zeynalovun barəsində olan bəraət hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə porsiesi başa çatıb.

    “Report”un məlumatına görə, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

    Məhkəmə apellyasiya protestinin icraatının dayandırılması barədə qərar çıxarıb.

    Qeyd edək ki, A.Zeynalov Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunub.

    Yasamal Rayon Məhkəməsi onun barəsində bəraət hökmü çıxarıb. O, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı isə apellyasiya protesti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi