Məhkəmə prokurorun apellyasiya protestini təmin etməyib

Məhkəmə prokurorun apellyasiya protestini təmin etməyib Hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
18 Fevral , 2017 17:20
Məhkəmə prokurorun apellyasiya protestini təmin etməyib
Courtesy İmage

Bakı. 18 fevral. REPORT.AZ/ Şirvan Apellyasiya Məhkəməsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri saxlamaqda təqsirləndirilən Ulduz Səfərovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun apellyasiya protesti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.

İttiham aktına əsasən, U.Səfərov 2016-cı il avqustun 12-də saat 24:00 radələrində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı Lənkəran rayonunun Göyşaban kəndində saxlanılıb. O, daha sonra polis şöbəsinə gətirilib və orada U.Səfərovun üzərinə baxış keçirilib. Baxış nəticəsində onun üzərindən satış məqsədi olmadan qanunsuz olaraq 1 ədəd polietilen kəsiyi bükümündə çəkisi 1,956 qram narkotik vasitə olan tiryək götürülüb.

Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

U.Səfərov Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunub.

O, Lənkəran Rayon Məhkəməsinin hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdfan məhrum edilib. U.Səfərov məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Prokuror ona həmin maddənin sanksiyası həddində daha ağır cəza təyin edilməklə dəyişdirilməsini istəyib.

Xatırladaq ki, U.Səfərov əvvələr də məhkumluq həyatı yaşayıb.

Son xəbərlər

Orphus sistemi