Yuxarı
    Bağlamaq

    Məhkəmə narkotik dövriyyəsində təqsirləndirilən şəxsə bəraət verib

    Prosesdə təqsirləndirilən şəxsin vəkili Elvin Səlimov çıxış edib© Report

    Bakı. 5 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Tural Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

    "Report"un məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Elvin Səlimov çıxış edib.

    O, müvəkkilinin barəsində olan ittihamın sübuta yetirilmədiyini deyib. Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

    Son sözlə çıxış edən T.Əliyev də vəkili ilə razı olduğunu deyib.

    Daha sonra hakimlər kollegiyası müşavirə otağına yollanıb. Müşavirədən qayıdan məhkəmə heyəti hökmü elan edib. Məhkəmənin hökmü ilə T.Əliyev barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb.

    Qeyd edək ki, T.Əliyev Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsinə əsasən ittiham olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi