Məhkəmə "Muğanbank"ın sabiq xəzinədarının apellyasiya şikayətini təmin etməyib

Məhkəmə "Muğanbank"ın sabiq xəzinədarının apellyasiya şikayətini təmin etməyib Birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
30 Dekabr , 2017 14:00
Məhkəmə Muğanbankın sabiq xəzinədarının apellyasiya şikayətini təmin etməyib

Bakı. 30 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən "Muğanbank" ASC-nin xəzinədarı olmuş Azad Əliyevin və zərərçəkmişlərin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report”un məlumatına görə, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, A.Əliyevin və zərərçəkmişlərin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, A.Əliyev külli miqdarda dələduzluqda təqsirli bilinib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsinə əsasən, ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Əliyev 8 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum və zərərçəkmişlər - Eldar İsmixanov və Vüqar Eyvazov ayrı-ayrılıqda apellyasiya şikayətləri veriblər.

Son xəbərlər

Orphus sistemi