Yuxarı
    Bağlamaq

    Məhkəmə məşhur sığorta şirkətinə qarşı apellyasiya şikayətini təmin etməyib

    Məhkəmədə qətnamə dəyişdirilmədən saxlanılıb

    Bakı. 5 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində "General-Auto-Company" firmasının "AXA MBASK" sığorta şirkəti Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

    “Report”un xəbərinə görə, hakim Valeh Ağayevin sədrliyi ilə keçirilən prosesdə qətnamə dəyişdirilmədən saxlanılıb.

    Qeyd edək ki, bu il "AXA MBASK" sığorta şirkəti "General-Auto-Company" firmasını məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən "AXA MBASK" subroqasiya qaydasında pulun ödənilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı təmin edib."General-Auto-Company" isə qərardan apellyasiya şikayəti verib.

    Qeyd edək ki, "AXA MBASK" sığorta şirkəti 1992-ci ildən fəaliyyətə başlayıb və müstəqil Azərbaycanın ilk özəl sığorta şirkətlərindən biridir.

    "General-Auto-Company" firması isə 1908-ci ildə ABŞ-da yaradılan "General Company" şirkətinin Azərbaycandakı distribütorudur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi