​Məhkəmə Koreya şirkətinin iddiasını təmin etməyib

​Məhkəmə Koreya şirkətinin iddiasını təmin etməyib Qətnamə dəyişdirilmədən saxlanılıb
Hadisə
20 Noyabr , 2015 14:49
​Məhkəmə Koreya şirkətinin iddiasını təmin etməyib

Bakı. 20 noyabr. REPORT.AZ/ Koreya Respublikasının “Daewoo İnternational Corporation” şirkətinin “Evrobank” Açıq Səhmdar Cəmiyyətinə (ASC) qarşı apellyasiya şikayəti üzrə məhkəmə işi başa çatıb.

“Report”un xəbərinə görə, hakim Həmid Həmidovun sədrliyi ilə keçirilən iclasda Koreya şirkətinin iddiası təmin edilməyib.

Birinci instansiya məhkəməsinin “Evrobank"ın xeyrinə çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, bu il Koreya şirkəti bankı məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Daewoo İnternational Corporation” şirkəti borcun və dəymiş zərərin ödənilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı təmin etməyib.

Xatırladaq ki, “Evrobank”ın lisenziyası Mərkəzi Bank tərəfindən ləğv olunub.

Son xəbərlər

Orphus sistemi