Məhkəmə insan alverində təqsirləndirilən qadını azadlığa buraxıb

Məhkəmə insan alverində təqsirləndirilən qadını azadlığa buraxıb Bakı. 18 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
18 Fevral , 2019 14:45
Məhkəmə insan alverində təqsirləndirilən qadını azadlığa buraxıb

Bakı. 18 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə G.Hüseynova barəsində şərti cəza təyin edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində axtarışda olan Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü G.Hüseynova ötən il həbs edilib.

Onun insan alveri ilə məşğul olması barədə idarəyə bir neçə zərərçəkmiş şəxs şikayət edib.

G.Hüseynovanın bir neçə qadını Türkiyəyə aparması və orada cinsi istismara məruz qoyması məlum olub.

Son xəbərlər

Orphus sistemi