Yuxarı
    Bağlamaq

    Məhkəmə İŞİD-in tərkibində döyüşməkdə təqsirləndirilən şəxslərin istintaq təcridxanasına köçürülməsi barədə qərar çıxarıb

    Proses iyunun 12-də davam etdiriləcək© Report

    Bakı. 7 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayət Məhkəməsində İŞİD terror təşkilatının tərkibində vuruşmaqda təqsirləndirilən Afiq Qəhrəmanov və Rəşadət Qasımovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

    "Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlər vəsatət qaldırıblar.

    Onlar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanıldıqlarını bildiriblər. Hər iki şəxs məhkəməyə müraciət edərək 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülmələrini tələb ediblər.

    Məhkəmə təqsirləndirilən şəxslərin vəsatətini müzakirə edib və təmin edilməsi ilə bağlı qərar qəbul edib.

    Proses iyunun 12-də davam etdiriləcək.

    Qeyd edək ki, antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, Azərbaycan hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsində təqdirləndirilirlər.

    A.Qəhrəmanov və R.Qasımov Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə ittiham olunurlar.

    Hər iki şəxs İŞİD terror təşkilatının sıralarına qoşulduqdan sonra Azərbaycana qayıdarkən həbs ediliblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi