Məhkəmə Hüquq Şurası hakimləri cəzalandırdı - SİYAHI

Məhkəmə Hüquq Şurası hakimləri cəzalandırdı - SİYAHI Məhkəmə-Hüquq Şurası qanunvericiliyin tələblərinin pozulmasına görə bir neçə hakimi cəzalandırıb
Hadisə
1 Mart , 2021 15:30
Məhkəmə Hüquq Şurası hakimləri cəzalandırdı - SİYAHI
0 : 00
0 : 00

Məhkəmə-Hüquq Şurası qanunvericiliyin tələblərinin pozulmasına görə bir neçə hakimi cəzalandırıb.

“Report”un xəbərinə görə, Şəki Apellyasiya Məhkəməsinin hakimləri Elçin Hüseynov, Ayaz Mahmudov və Vəzirxan Məlikova töhmət verilib.

Bundan başqa, Sumqayıt İnzibati Məhkəməsinin hakimi İsmayıl Quliyevə irad tutulub.

Həmçinin, korrupsiyaya şərait yaradan hüquqpozmaya yol verilməsinə, habelə hakim etikasının pozulmasına görə intizam icraatı başlanılıb.

Son xəbərlər

Orphus sistemi