Yuxarı

Məhkəmə "Facet” MMC-ni cərimələyib

​Məhkəmə "Facet” MMC-ni cərimələdi

Nəsimi Rayon Məhkəməsində "Facet” MMC-nin inzibati qaydada cərimə edilməsi barədə qərar çıxarılıb.

"Report"un xəbərinə görə, məhkəmə Maliyyə Bazarlarına Nəzarət Palatasının şirkət barədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə tərtib etdiyi protokola əsasən qərar çıxarıb.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Qərara əsasən, "Facet” MMC 1963,7 avro (9818,50 avro məbləğinin iyirmi faizi miqdarında) cərimələnib.

"FACET” MMC aprel ayında da İXM-in eyni maddəsi ilə 4.081,25 manat məbləğində cərimə edilib.

Hər iki qərardan verilən MMC tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Tibbİ avadanlıq satışı ilə məşğil olan "Facet” MMC Azərbaycanda 2009-cu ildə xarici sərmayədar tərəfindən təsis edilib və bir çox xarici ölkələrin iri şirkətləri ilə distributorluq və nümayəndəlik əsasında fəaliyyət göstərir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi