Azərbaycana əcnəbiləri qanunsuz yolla gətirən şəxslərin apellyasiya şikayətlərinə baxılıb

Azərbaycana əcnəbiləri qanunsuz yolla gətirən şəxslərin apellyasiya şikayətlərinə baxılıb Bakı. 2 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda və qanunsuz miqrasiyanın təşkilində təqsirləndirilən Hindistan vətəndaşları - Mohammad Shakir, Alimuddin Shaikh, SK Allarakha və Pakistan İslam Respublikasının vətəndaşı Sajid Frazın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
2 Fevral , 2019 15:55
Azərbaycana əcnəbiləri qanunsuz yolla gətirən şəxslərin apellyasiya şikayətlərinə baxılıb

Bakı. 2 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda və qanunsuz miqrasiyanın təşkilində təqsirləndirilən Hindistan vətəndaşları - Mohammad Shakir, Alimuddin Shaikh, SK Allarakha və Pakistan İslam Respublikasının vətəndaşı Sajid Frazın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, həmin şəxslərin apellyasiya şikayətləri təmin edilməyib.

İttiham aktına əsasən, Hindistan vətəndaşı Mohamed Shakir 2017-ci il oktyabrın 12-də Bakı şəhərinə gəlib. Daha sonra o, xarici ölkələrdə işləmək niyyətində olan həmvətənlilərinin pulunu ələ keçirmək məqsədilə 2017-ci ilin oktyabr ayından 2018-ci ilin yanvarınadək olan dövrdə SK Allarakha, Alimuddin Shaikh, Sajid Frazdan ibarət mütəşəkkil dəstə yaradıb. Dəstə üzvləri arasında vəzifə bölgüsü aparılıb, gəlirin bölüşdürülməsi müəyyənləşdirilib, göstərişlərə və tapşırıqlara isə Mohamed Shakir rəhbərlik edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mohammad Sakir 10 il, Alimuddin Shaikh, SK Allarakhanın hər biri 9 il, Sajid Fraz isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi