Məhkəmə DTX-nin həbs etdiyi şəxsin vəsatətini təmin edib

Məhkəmə DTX-nin həbs etdiyi şəxsin vəsatətini təmin edib Məhkəmənin baxış iclası iyulun 6-na təyin edilib
Hadisə
27 İyun , 2018 15:14
Məhkəmə DTX-nin həbs etdiyi şəxsin vəsatətini təmin edib
0 : 00
0 : 00

Bakı. 27 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq yolu ilə qanunsuz narkotik maddələri gətirməkdə təqsirləndirilən Çingiz Muradovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, Ç.Muradov Bakı Musiqi Akademiyasında təhsil alıb.

Daha sonra təqsirləndirilən şəxs vəsatət qaldırıb. O, hazırda saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasından Ədliyyə Nazirliyi Penitensiar xidmətinin istintaq təcridxanasına köçürülməsini istəyib.

Vəsatət təmin edilib.

Məhkəmənin baxış iclası iyulun 6-na təyin edilib.

Qeyd edək ki, Ç.Muradov qaçaqmalçılıq yolu ilə xarici ölkədən Azərbaycana qanunsuz narkotik maddə gətirməkdə təqsirli bilinir. O, DTX əməkdaşları tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi