Yuxarı
    Bağlamaq

    Məhkəmə “Dana Vüqar” ləqəbi ilə tanınan şəxsə bəraət verib

    Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub

    Bakı. 19 yanvar. REPORT.AZ/ Nəsimi Rayon Məhkəməsində narkotik vasitə saxlamaqda təqsirləndirilən Vüqar Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Bu barədə "Report"a vəkil Adəm Məmmədov məlumat verib.

    Onun sözlərinə görə, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə V.Ağayevin barəsində bəraət hökmü çıxarılıb.

    Vəkil bildirib ki, istintaqı düzgün aparmayan müstəntiq və təhqiqatçı barədə tədbir görülməsi üçün xüsusi qərar qəbul olunub.

    Qeyd edək ki, V.Ağayev Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunub.

    Xatırladaq ki, V.Ağayev kriminal aləmdə ''Dana Vüqar'' ləqəbi ilə tanındığı bildirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi