Bakı. 6 iyun. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Vergilər Nazirliyi (VN) yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin “Caspian American Telekommunications LLC” (CATEL) Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
“Report"un məlumatına görə, hakim Vidadi Məmmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin CATEL-in xeyirinə çıxardığı qərar ləğv edilib, iddia qismən təmin olunub.
Qeyd edək ki, bu il CATEL VN-in departamentini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC qərarın, aktın və tələbnamənin mübahisələndirilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı qismən təmin edib. Qərardan narazı qalan VN-in departamenti apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.