Məhkəmə bəraət almış şəxslə bağlı yeni qərarı elan edib

Məhkəmə bəraət almış şəxslə bağlı yeni qərarı elan edib Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Etiqad Şəfiyevin barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
24 Aprel , 2019 10:36
Məhkəmə bəraət almış şəxslə bağlı yeni qərarı elan edib

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Etiqad Şəfiyevin barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun apellyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, E.Şəfiyev Hafiz Rüstəmovdan iş qurmaq adı ilə 103 min ABŞ dolları alıb. O, həmin pulla Çin və Türkiyədən geyim mallarının alınaraq, Moskva bazarlarında satışının H.Rüstəmovla birlikdə təşkil olunacağı vədini verib. Lakin o, vədinə əməl etməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Şəfiyevə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmiş isə apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi