​Məhkəmə BDU-nun Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı apellyasiya şikayətinə baxıb

​Məhkəmə BDU-nun Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı apellyasiya şikayətinə baxıb Birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən qüvvədə saxlanılıb
Hadisə
202
20 May , 2016 11:46
​Məhkəmə BDU-nun Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı apellyasiya şikayətinə baxıb

Bakı. 20 may. REPORT.AZ/ Bakı Dövlət Universitetinin (BDU) Bakı Şəhər İcra Hakimiyyətininə (BŞİH) qarşı apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un məlumatına görə, hakim Cahangir Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, BDU-nin apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, BDU BŞİH-ni məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən BDU BŞİH-in sərəncamının ləğv edilməsi və s. barədə tələb irəli sürüb. Məhkəmə iddianı təmin etməyib. Qərardan narazı qalan BDU apellyasiya şikayəti vermişdi. 

Üçüncü şəxslər qismində “Evrostroy-S” TTŞ və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) çıxış edir.

Son xəbərlər

Orphus sistemi