​Məhkəmə “Bank Standard”ın iddiasını təmin etməyib

​Məhkəmə “Bank Standard”ın iddiasını təmin etməyib Qərardad dəyişdirilmədən saxlanılıb
Hadisə
10 Noyabr , 2015 09:44
​Məhkəmə “Bank Standard”ın iddiasını təmin etməyib

Bakı. 10 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində “Bank Standard” Kommersiya Bankının (KB) “Finca Azərbaycan” Qeyri-Bank Kommersiya Təşkilatı (QBKT) Məhdud Məsuliyyətli Müəssisəsinə (MMM) qarşı apellyasiya şikayəti üzrə məhkəmə işi başa çatıb.

“Report”un xəbərinə görə, birinci instansiya məhkəməsinin çıxardığı qərardad dəyişdirilmədən saxlanılıb. İddia təmin edilməyib.

Qeyd edək ki, bu il “Finca Azərbaycan” “Bank Standard”ı məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən QBKT borcun tutulması barədə tələb irəli sürüb. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə dair vəsatəti təmin etməyib. Qərardan narazı qalan “Bank Standard” apellyasiya şikayəti verib. 

Son xəbərlər

Orphus sistemi