Yuxarı
    Bağlamaq

    Məhkəmə Bakıya patron gətirməyə cəhd edən İsrail vətəndaşı barədə qərar çıxarıb

    Bakı Rayon Məhkəməsi həbs cəzasını cərimə ilə əvəz etdi

    Bakı. 15 mart. REPORT.AZ/ Bakının rayon məhkəmələrindən biri İsrail vətəndaşının həbs cəzasını cərimə ilə əvəz etmək barədə qərar çıxarıb.

    Bu barədə "Report" İsrail KİV-lərinə istinadən xəbər verir.

    O, İsrailə cəriməni ödəyəndən sonra qayıda bilər.

    Bununla belə, İsrail XİN nümayəndəsi bildirir ki, qurum digər İsrail vətəndaşının azad edilməsi üçün çalışır. Belə ki, fevralın 23-də Bakıda saxlanılan qadının əl çantasında bir neçə avtomat patronu tapılıb.

    Bununla əlaqədar İsrail XİN öz vətəndaşlarını xaricə səfər edərkən yüklərini yoxlamağa çağırır.

    Qeyd edək ki, İsrail vətəndaşı Eliyahu Avraam Bakı Hava Limanında 2018-ci ilin yanvar ayında saxlanılıb. Onun çantasında 5 ədəd tüfəng patronu aşkar edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi