Məhkəmə Bakıda atasını balta ilə vuran qadının Psixatiriya Xəstəxanasına göndərilməsi barədə qərar çıxarıb

Məhkəmə Bakıda atasını balta ilə vuran qadının Psixatiriya Xəstəxanasına göndərilməsi barədə qərar çıxarıb Bakı. 5 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməyə cəhd etməkdə təqsirləndirilən Aliyə Həbibovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
5 Dekabr , 2018 10:57
Məhkəmə Bakıda atasını balta ilə vuran qadının Psixatiriya Xəstəxanasına göndərilməsi barədə qərar çıxarıb
Report

Bakı. 5 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməyə cəhd etməkdə təqsirləndirilən Aliyə Həbibovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmünə əsasən, anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib. A.Həbibova 1 saylı Respublika Psixatiriya Xəstəxanasına göndərilib.

İttiham aktına əsasən, cinayət hadisəsi ötən il noyabrın 4-də Binəqədi rayonu, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində baş verib.

Həmin ünvanda ailə münaqişəsi zamanı A.Həbibova atası, 1956-cı il təvəllüdlü Cəmşid Salxakinin başından balta ilə vurub.

C.Salxakin kəsilmiş-çapılmış xəsarətlərlə xəstəxanaya çatdırılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Daha sonra A.Həbibova Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Məhkəmənin qərarı ilə A.Həbibova barəsində polis nəzarəti qətimkan tədbiri seçilib. 

Son xəbərlər

Orphus sistemi