Məhkəmə ​Bakıda anasını öldürən gəncə ağır cəza verib

Məhkəmə ​Bakıda anasını öldürən gəncə ağır cəza verib Siyavuş Zöhrabov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
7 Dekabr , 2015 13:37
Məhkəmə ​Bakıda anasını öldürən gəncə ağır cəza verib

Bakı. 7 dekabr. REPORT.AZ/ Anasını qətlə yetirməkdə təqsirləndirilən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Siyavuş Zöhrabovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən bugünkü prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S. Zöhrabov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi bu il iyul ayının 7-də Nizami rayonu Mehdi Abbasov küçəsi ev 33-də törədilib. 1994-cü il təvəllüdlü Siyavuş Zöhrabov qısqanclıq zəminində anası, 1970-ci il təvəllüdlü Tahirə Zöhrabovanı bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən S.Zöhrabov polis əməkdaşları tərəfindən tutulub. O, ilkin ifadəsində bildirib ki, anasının telefonda başqa bir şəxslə mesajlaşmasını görüb. Ona görə də onu qətlə yetirib. 

Son xəbərlər

Orphus sistemi