Məhkəmə azyaşlı qıza təcavüz etməkdə təqsirləndirilən şəxsə bəraət verib

Məhkəmə azyaşlı qıza təcavüz etməkdə təqsirləndirilən şəxsə bəraət verib Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm ləğv edilib
Hadisə
20 Aprel , 2016 08:59
Məhkəmə azyaşlı qıza təcavüz etməkdə təqsirləndirilən şəxsə bəraət verib

Bakı. 20 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü Rəşad İlqar oğlu Quliyev barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm ləğv edilərək, bəraət hökmü çıxarılıb.

Qeyd edək ki, R.Quliyev 2015-ci ildə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməkdə təqsirli bilinərək saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Təqsirləndirilən şəxs məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib.

Son xəbərlər

Orphus sistemi