​Məhkəmə avtobusda qətl törədən şəxsi məcburi müalicəyə göndərib

​Məhkəmə avtobusda qətl törədən şəxsi məcburi müalicəyə göndərib Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub
Hadisə
30 Mart , 2016 14:40
​Məhkəmə avtobusda qətl törədən şəxsi məcburi müalicəyə göndərib

Bakı. 30 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Bəhruz Babaverdiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

“Report”un məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə B.Babaverdiyev məcburi müalicəyə göndərilib.

Qeyd edək ki, qətl hadisəsi 2015-ci ilin oktyabr ayında Sumqayıt şəhərində baş verib. Sumqayıt şəhər sakini Səmid Ağayevin idarə etdiyi “Hyundai” markalı avtobus 2-ci mikrorayon ərazisində hərəkətdə olarkən sərnişini, Laçın rayon sakini Bəhruz Babaverdiyev münaqişə zəminində ona bıçaqla xəsarət yetirib. İdarəetmə itirildiyindən avtobus İnşaatçılar qəsəbə sakini Qürbət Əsədovun idarə etdiyi “Mercedes” markalı mikroavtobusa dəyib.

S.Ağayev xəstəxanaya aparılarkən aldığı bıçaq xəsarətindən ölüb.

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Bolis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində B.Babaverdiyev tutulub.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi